Amerika fond bazarında "Dow Jones" indeksi 0,87% - 25 126,41 bəndədək, "S&P 500" 0,69% - 2 783,02 bəndədək, NASDAQ isə 0,79% - 7 547,31 bəndədək azalıb.

İqtisadiyyat.Az xəbər verir ki, Avropa fond bazarlarında "FTSE 100" indeksi 1,15% - 7 185,30 bəndədək, Almaniya DAX-ı 1,57% - 11 837,81 bəndədək, Fransa CAC-40-ı isə 1,70% - 5 222,12 bəndədək azalıb.

COMEX-də sonuncu hərraclarda qızılın unsiyasının qiyməti 4,30 dollar ucuzlaşaraq 1 282,00 dollara, gümüşün unsiyasının qiyməti isə 0,06 dollar azalaraq 14,36 dollara satılıb.