Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin Tikilməkdə Olan Meliorasiya və İrriqasiya Obyektlərinin Birləşmiş Müdiriyyəti (TOM və İOBM) Qazaxdakı əkin sahələrinin su ilə təmin edilməsi işlərinə 2,4 milyon manat sərf edəcək.

İqtisadiyyat.az-ın dövlət satınalmaları portalından əldə etdiyi məlumata əsasən, ASC-nin müvafiq qurumu tərəfindən elan edilən müsabiqənin qalibi “Fərhad” MMC olub.

Müsabiqənin şərtlərinə əsasən, Qazax rayonunun Xanlıqlar, Kəmərli, Aslanbəyli, Qaymaqlı və II Şıxlı kəndlərinin əkin sahələrinin su ilə təmin etmək məqsədilə su-nasos stansiyalarının, eləcə də, II Şıxlı kəndində yeraltı suvarma şəbəkələrinin bərpası işləri şirkətə həvalə olunub.

Tender üzrə müvafiq işlərin şirkət tərəfindən həyata keçirilməsinə 2 milyon 425 min manat sərf olunacaq.