Rusiya prezidenti Vladimir Putin və belaruslu həmkarı Aleksandr Lukaşenko Sankt-Peterburqdakı Rusiya Muzeyində qısa söhbət ediblər.

İqtisadiyyat.az xəbər verir ki, görüş barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Rusiya lideri daim təmasda olsalarda, gündəlik həyat bizə müəyyən məsələləri müzakirə etmələrinin lazım olduğunu bildirib:

“Ciddi məsələlər, o cümlədən ikitərəfli münasibətlərimiz haqqında danışmaq üçün yaxşı mühitdir. Daim təmasda olsaq da, gündəlik həyat bizə müəyyən məsələləri müzakirə etməyə və onların səmərəli həll olunması üçün lazımi qərarlar qəbul etməyə əsas verir”.