Rusiya Prezidenti Vladimir Putin Çin lideri Si Cinpinlə danışıqlar aparmaq istəyir.

Bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, liderlər yeni ildən əvvəl ünsiyyət qurmağı planlaşdırır.

Putin-Si Cinpin danışıqlarının hansı formatda keçiriləcəyi və dəqiq tarixi açıqlanmayıb.