Rusiya prezidenti Vladimir Putin neftin qiymətinin yuxarı həddinin tətbiqinə cavab olaraq xüsusi tədbirlər haqqında fərman imzalayıb.

İqtisadiyyat.az xəbər verir ki, sənəd neft qiymətinin yuxarı həddini tətbiq edən ölkələrə Rusiya neftinin və neft məhsullarının satışını qadağan edir.

Sənəd fevralın 1-dən qüvvəyə minir və 2023-cü il iyulun 1-dək qüvvədədir.

Fərman ABŞ və müttəfiqlərinin qeyri-dost, beynəlxalq hüquqa zidd hərəkətləri ilə əlaqədar, eləcə də milli maraqların müdafiəsi məqsədilə qəbul edilib.