Polşa Mərkəzi Bankının rəhbəri Adam Qlapinski ölkənin avroya keçidi ehtimalını “son dərəcə zərərli” adlandırıb.


İqtisadiyyat.az xəbər verir ki, Qlapinski bildirib ki, Polşa zloti əvəzinə avrodan istifadə etməyə başlasa, onun artım tempində radikal azalma ola bilər.


Avronun Polşanın pul vahidi olmasının xaricdə pul xərcləyən zənginlərə və xaricdə mülk sahibi olanlara fayda gətirəcəyini ifadə edən Qlapinski, "Polşanın avroya keçməsi ölkə üçün son dərəcə zərərli olar. Bizdə Polşa pul vahidi var”.


Qlapinski vurğulayıb ki, son aylarda faiz dərəcələri dəyişməsə də, zloti  qiyamət qoyanların düşüncələrinin əksinə olaraq möhkəmlənib və sabitləşib.


Avrodan istifadə edən bəzi Avropa Birliyi (AB) ölkələrində inflyasiyanın 20 faizi keçdiyinə diqqət çəkən Qlapinski, təkbaşına avroya keçidin inflyasiya ilə mübarizəyə kömək etməyəcəyini bildirib.