“Ankara Qərbin təzyiqlərinə baxmayaraq, Moskva ilə münasibətlərdə müstəqil yanaşma nümayiş etdirir”.

İqtisadiyyat.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Türkiyə kifayət qədər prinsipial və müstəqil mövqe tutan, eləcə də bizimlə ticari-iqtisadi əməkdaşlığı davam etdirən nadir ölkələrdən biridir. Türkiyə ABŞ-nin misli görünməmiş təzyiqləri ilə üzləşməsinə baxmayaraq, öz suverenliyini qoruyur”, - deyə Kreml nümayəndəsi bildirib.