Energetika naziri Səudiyyə Ərəbistanı Krallığının energetika naziri, şahzadə Əbdül Əziz bin Salman Əl-Səud ilə görüşüb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Pərviz Şahbazov özünün tviter hesabında paylaşım edib.

"Energetika naziri, şahzadə Əbdül Əziz bin Salman Əl-Səud ilə balanslaşdırılmış neft bazarı və dayanıqlı enerji təhlükəsizliyinin təmin olunması ilə bağlı müzakirələr apardıq", - nazir qeyd edib.