Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən 04.06.2019-cu il tarixində keçirilmiş "Palatanın rəsmi internet səhifəsinin yenidən hazırlanması" xidmətinin satın alınması üzrə kotirovka sorğusunun nəticəsi açıqlanıb.

İqtisadiyyat.Az xəbər verir ki, satınalmaya dair müsabiqədə "SF-Media" MMC 19 min 700 manat məbləği ilə qalib elan olunub. Şirkətlə 19 iyul 2019-cu il tarixində müvafiq satınalma müqaviləsi imzalanıb.