Pakistanın Baş naziri Şahbaz Şərifin qərarı ilə Türkiyəyə xüsusi axtarış-xilasetmə qrupu göndərilib.

İqtisadiyyat.az bildirir ki, Baş nazirliyin ofisindən verilən açıqlamada 50 nəfərdən ibarət xilasedici heyətlə yanaşı, Türkiyənin zəlzələdən əziyyət çəkən bölgələrinə 25 tonluq yardım vasitələri paketi də göndərilib.

Yardım paketinə 30 yataqlı mobil xəstəxana da daxildir.