Pakistanda baş verən terror aktlarından sonra paytaxt İslamabadda təhlükəsizlik tədbirləri gücləndirilib.

Milli mətbuatda yer alan xəbərə görə, təhlükəsizlik tədbirləri tətbiqi bütün şəhərdə həyata keçirilib.

Bu səbəblə şəhərin 25 fərqli yerində müvəqqəti təhlükəsizlik məntəqələri qurulub, baş nazirin, nazirliklərin və parlament binasının yerləşdiyi qırmızı zonanın girişlərinə kameralar yerləşdirilib.

Tədbirlər çərçivəsində ictimai nəqliyyatda olan sərnişinlər kameralarla izlənəcək. Vətəndaşlardan və əcnəbilərdən şəxsiyyət vəsiqələrini özləri ilə götürmələri xahiş olunub. 2 həftə ərzində bütün şəhərdə izdihamlı yığıncaq və mitinqlər qadağan edilib.

Xatırladaq ki, dekabrın 23-də Pakistanın paytaxtı İslamabadda intiharçı hücumu nəticəsində bir polis ölüb, beş nəfər yaralanıb . O vaxtdan bəri təşkilat təhlükəsizlik qüvvələrinə qarşı hücumlarını gücləndirib.