Özbəkistanda koronavirusa yoluxmuş ilk xəstənin ölümü qeydə alınıb. Bu barədə “RİA Novosti” məlumat yayıb.

Özbəkistanın Səhiyyə Nazirliyi xəstənin ölümünə infarktın səbəb olduğunu açıqlayıb. Xatırladaq ki, martın 15-də Fransadan qayıdan xəstədə ölkədə ilk dəfə koronavirusa yoluxma halı aşkarlanıb.