Azərbaycana gələn turistlərin çox az faizi ovçuluq üçün gəlir.

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "Facebook" səhifəsində yayımlanan “Ekspert saatı” verilişində ərəb turistlərin ölkəmizdə ov fəaliyyəti ilə məşğul olması ilə bağlı sualı cavablandıran Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Firuddin Əliyev deyib.

O bildirib ki, ölkəmizə gələn əcnəbi ovçulara daha məsuliyyətlə yanaşılır və ciddi nəzarət olunur: "Bundan əlavə, əcnəbi ovçulara Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə yanaşı, Dövlət Miqrasiya Xidməti, Daxili İşlər Nazirliyi də nəzarət edir.

Ümumilikdə isə bütün dünyada turistləri cəlb etmək üçün müəyyən infrastruktur yaradılır. Azərbaycanda da bu istiqamətdə lazımi tədbirlər görülür".