"OPEC+" üzvləri könüllü neft hasilatını ikinci rübün sonuna qədər uzatmağa qərar verdikdən sonra qiymətlər bahalaşıb.

İqtisadiyyat.az xəbər verir ki, "Brent" markalı neftin may müqaviləsində bir barelin qiyməti 14 sent və ya 0,2% bahalaşaraq 83,69 ABŞ dolları olub.

“WTI" markalı neftin aprel müqaviləsində bir barelin dəyəri isə 2 sent artaraq 79,99 ABŞ dollarına çatıb.

 

Gözəl Həşimova