Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və bəzi qeyri-OPEC istehsalçı ölkələrindən ibarət OPEC+ qrupu, 2023-cü ilin sonuna qədər hasilatı gündəlik 2 milyon barel azaltmaq qərarını davam etdirəcəklərini açıqlayıblar.


İqtisadiyyat.az xəbər verir ki, Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi 13 üzv OPEC və Rusiyanın başçılıq etdiyi OPEC-ə daxil olmayan 10 neft hasilatçısı ölkədən ibarət OPEC+ qrupunun Birgə Nazirlər Kabinetinin (MMK) 47-ci iclası keçirilib.

OPEC-dən verilən yazılı açıqlamada, komitənin 2022-ci ilin noyabr və dekabr ayları üçün xam neft məlumatlarını qiymətləndirdiyi qeyd edilib.

Açıqlamada, OPEC+ qrupunun 5 oktyabr 2022-ci ildə bu ilin sonuna qədər davam edəcək 33-cü OPEC və qeyri-OPEC Nazirlər Toplantısında qəbul edilən gündəlik 2 milyon barellik azalma qərarına əməl edəcəyi bildirilib.

Növbəti JMMC iclasının 3 aprel 2023-cü ildə keçiriləcəyi bildirilib.