Bu ilin yanvar ayında operativ məlumatlara əsasən, Azərbaycanda neft-kondensat hasilatı 2,5 milyon ton, ixracı isə 2,1 milyon ton olub.

İqtisadiyyat.az xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında bildirib.

Nazir əlavə edib ki, yanvarda 30 milyon kubmetr artımla hasil edilmiş 4,3 milyard kubmetr təbii qazın isə 2,3 milyard kubmetri ixrac olunub.