2020-ci ilin yanvar-oktyabr ayları üzrə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 7 milyard 480 milyon manat təşkil edib.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu məhsulların 3 milyard 634,3 milyon manatı heyvandarlıq, 3 milyard 845,7 milyon manatı isə bitkiçilik məhsullarının payına düşüb.

Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatı məhsullarının istehsalı 1,6 faiz artıb.

Eləcə də, heyvandarlıq məhsulları üzrə istehsal 3 faiz, bitkiçilik məhsulları üzrə istehsal həcmi isə 0,2 faiz artıb.