Dünya ölkələrində, ölkəni tərk edən yerli və xarici vətəndaşlardan alınan vergilər araşdırılıb. İqtisadiyyat.Az xarici mediaya istinadən həmin araşdırmanı oxucularına təqdim edir.

Fici Respublikası

Xaricə çıxış xərci-110 dollar.

Ficidə ölkədən çıxan bütün yerli və xarici vətəndaşalrdan 2013-dən bu yana 110 dollar alınır.

Palau Okeaniya Respublikası

Xaricə çıxış xərci- 50 dollar.

Bu ölkədə sadəcə xaricilərdən çıxış haqqı alınır.

Avstraliya İttifaqı

Xaricə çıxış xərci- 40 dollar.

Hava yolu ilə ölkədən ayrılan hər kəsin bilet xərclərinə əlavə edilir.

Yamayka

Xaricə çıxış xərci- 35 dollar.

Hər kəsə tətbiq edilir.

Filippin

Xaricə çıxış xərci- 33 dollar.

Hər kəs ölkəni tərk etməmiş nağd şəkildə ödəməlidir.

Kosta-Rika

Xaricə çıxış xərci- 30 dollar.

Sadəcə hava yolu ilə ölkədən çıxanlardan nağd olaraq alınır.

Samoa

Xaricə çıxış xərci- 30 dollar.

Təyyarə bileti xərclərinə əlavə edilir.

Kamboca

Xaricə çıxış xərci- 25 dollar.

2011-dən bu yana təyyarə bileti qiymətlərinə əlavə edilir.

Kuba

Xaricə çıxış xərci- 24 dollar.

2015-in aprel ayından etibarən təyyarə biletlərinin qiymətinə əlavə edilir.

Dominikan Respublikası

Xaricə çıxış xərci- 20 dollar.

Yerli və xarici hər kəs tərəfindən ölkədən çıxmadan nağd şəkildə alınır.

Tailand

Xaricə çıxış xərci- 20 dollar.

2007-dən bu yana təyyarə biletlərinin qiymətinə əlavə edilir.

İngiltərə

Xaricə çıxış xərci- 20 dollar.

Uçuş məsafəsinə görə 20 ilə 300 dollar arası bilet qiymətlərinə əlavə edilir.

Avstriya

Xaricə çıxış xərci- 18 dollar.

Yaxın uçuşlarda 9, orta uzaqlıqdakı uçuşlar 18, uzaq məsafələrdə 40 dollar, bilet qiymətinə əlavə edilir.

İran

Xaricə çıxış xərci- 18 dollar.

Hava yolu ilə ölkədən çıxanalrdan 18, dəniz quru yolu ilə çıxanlardan 9 dollar alınır.

Çin

Xaricə çıxış xərci- 16 dollar.

Sadəcə hava yolu ilə ölkədən çıxanlardan 16 dollar alınır.

Meksika

Xaricə çıxış xərci- 16 dollar.

Yalnız xaricilərdən alınır.

Honq-Konq

Xaricə çıxış xərci- 15 dollar.

Hava yolu ilə ölkədən çıxanlardan 15, quru yol ilə çıxanlardan 2 dollar rüsum alınır. Hər kəs ödəyir.

İndoneziya

Xaricə çıxış xərci- 15 dollar.

Hava yolu ilə ölkədən çıxan hər kəsdən alınır.

Bruney

Xaricə çıxış xərci- 10 dollar.

Ölkədən çıxan hər kəsdən nağd şəkildə alınır.

Türkiyə

Xaricə çıxış xərci- 9 dollar(qanun qəbul olunarsa)

Hazırda xaricə çıxan türk vətəndaşları 15 lirə ödəyir. Qanun qəbul edilsə bu 50 dollara yüksələcək(9 dollar) Xaricilərdən alınmır.

Yaponiya

Xaricə çıxış xərci- 9 dollar.

Yaponiya ötənilin aprelindən ölkədən çıxan hər kəsdən rüsum alır.

Banqladeş

Xaricə çıxış xərci- 4 dollar.

Hər kəs ölkədən çıxarkən nağd şəkildə ödəyir.

Misir

Xaricə çıxış xərci- 2 dollar.

Hava yolu ilə ölkədən çıxan hər kəsdən alınır.

 

Mehman Nəbiyev