Premyer Liqada uğurlu çıxışını davam etdirən "Nyukasl Yunayted" heyətini gücləndirmək niyyətindədir.

İqtisadiyyat.az xəbər verir ki, ingilis klubu Almaniyanın "Bayer Leverkusen" klubunun fransız futbolçusu Mussa Diabini transfer etmək istəyir. 

Bazar qiyməti 15 milyon avro olan Diabi 2019-cu ildən Bundesliqa təmsilçisinin şərəfini qoruyur.