Yanvarın 29-da Bakı şəhərinin Qaradağ rayonundan yola salınan növbəti köç karvanı Füzuli şəhərinə çatıb. Yeni köçürülən ailələrə mənzillərinin açarlarının təqdimat mərasimi keçirilib.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən İqtisadiyyat.az-a verilən xəbərə görə, mərasimdə Komitənin və Azərbaycan Respublikası Prezidentinin Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) xüsusi nümayəndəliyinin rəsmiləri iştirak ediblər.

Köçürülən ailələr Füzuli şəhərində yenidən tikilən evlərdə məskunlaşacaqlar. Bu mərhələdə Füzuli şəhərinə daha 27 ailə - 115 nəfər köçürülüb. Bununla da Füzuli şəhərində 527 ailə, 1969 nəfərin daimi məskunlaşması təmin edilib

***

12.14

Bakı şəhərinin Qaradağ rayonundan yola salan daha 27 ailə Füzuli şəhərinə çatıb.

İqtisadiyyat.az xəbər verir ki, şəhərdə doğma yurduna qayıdanların qarşılanma mərasimi keçirilib.

Qeyd edək ki, bu gün Füzuliyə daha 115 nəfər keçmiş məcburi köçkün qayıdıb. Bununla da şəhərdə 527 ailənin (1 969 nəfər) daimi məskunlaşması təmin edilib.

***

06:35

Bu gün Füzuli şəhərinə növbəti köç yola salınır.

İqtisadiyyat xəbər verir ki, bu mərhələdə Füzuli şəhərinə daha 27 ailə - 115 nəfər köçürülür.

Bununla da Füzuli şəhərinə 527 ailə, 1958 nəfər köçürülmüş olacaq