Norveç Müdafiə Nazirliyi Ukraynaya 10 min uzaqmənzilli müasir artilleriya mərmisi göndərdiyini açıqlayıb.

Norveçin müdafiə naziri Byorn Arild Qram ölkəsinin dövlət televiziyası NRK-a verdiyi açıqlamada Ukraynanın müdafiəyə çox ehtiyacı olduğunu və bu səbəbdən ölkəyə artilleriya mərmisi göndərdiklərini bildirib.

Rusiya müharibəsinin başladığı gündən bu yana Ukraynaya 600 min avroluq hərbi yardım göndərdikləri barədə məlumatı paylaşan Qram, " Rusiyanın Ukraynadakı müharibəni qazanmasına icazə verə bilmərik” – deyə bildirib.

Qram Ukraynaya göndərdikləri artilleriya mərmilərinin 30 min kilometr uzaqlıqdakı hədəfləri vura bildiyini, mərmilərin M109 özüyeriyən haubitsalarında istifadə edildiyini açıqlayıb.