Norveç Birləşmiş Millətlər Təşkilatı Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinə (UNRWA) 26 milyon dollar yardım göndərib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Norveçin xarici işlər naziri Espen Bart Eide rəsmi “X” hesabında bildirib.

"UNRWA” Qəzzada humanitar səylərin əsasını təşkil edir. Müharibədən ziyan görmüş milyonlarla insan üçün onun xidməti əhəmiyyətli dərəcədə vacibdir", - deyə Eide qeyd edib.