Dünya birjalarında neftin qiyməti Yaxın Şərqdəki proseslər fonunda artır.

İqtisadiyyat.Az azərtac-a istinadən xəbər verir ki, İran-Birləşmiş Ştatlar gərginliyi fonunda ABŞ Prezidenti Donald Trampın İrana genişmiqyaslı əlavə sanksiyalar tətbiq ediləcəyini açıqlaması “qara qızıl”ın qiymətinin 2016-cı ilin sonlarından indiyədək ən böyük həftəlik artım tempini göstərməsinə səbəb olub.

Qeyd edək ki, iyunun ortalarında neftin qiyməti son 5 ayın ən aşağı səviyyəsinə düşmüşdü. Lakin son bir həftədə “qara qızıl”ın qiyməti 3-4 dollar/barrel bahalaşıb.

Hazırda “Brent” markalı neftin bir barreli Londonun ICE birjasında 65,27 dollara, “Light” neftinin bir barreli isə Nyu-Yorkun NYMEX birjasında 57,87 dollara satılır.