Akademik avarçəkmə üzrə Azərbaycan millisinin üzvü Diana Dımçenko Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti dəfə çıxış edib.

İqtisadiyyat.az xəbər verir ki, o, 2000 metr məsafəyə fərdi yarışın 1/4 final mərhələsində mübarizə aparıb.

Məsafəni 7 dəqiqə 53,76 saniyəyə qət edən Dımçenko ilk “3-lüy”ə düşə bilmədiyi üçün yarışla vidalaşmalı olub.

O, altı idmançı arasında dördüncü yeri tutub.

Olimpiada avqustun 11-də başa çatacaq