Dünya birjalarında neftin qiyməti dəyişib.

İqtisadiyyat.Az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 0,16 dollar və ya 0,26% artaraq 61,20 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 0,19 dollar və ya 0,27% artaraq 70,42 dollar təşkil edib.