Azərbaycan neftinin qiyməti ucuzlaşıb.

“Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,33 dollar ucuzlaşaraq, 38,84 dolları təşkil edib.

Qeyd edək ki, dünya bazarında da neftin qiyməti aşağı düşüb. Belə ki, “Brent” markalı neftin bir barelinin qiyməti 4,06 faiz və ya 1,66 dollar ucuzlaşaraq, 39,27 dollar olub.

WTI markalı yüngül neftin bir barelinin qiyməti isə 4,31 faiz və ya 1,67 dollar ucuzlaşaraq, 37,05 dollar təşkil edib.