“Neftçi” PFK Portuqaliyanın “Arouka” klubu ilə Yusuf Lavalın satışı ilə əlaqədar rəsmi danışıqlara başlayıb.

İqtisadiyyat.az xəbər verir ki, nigeriyalı yarımmüdafiəçi bu gün "Neftçi"nin düşərgəsindən ayrılaraq Bakıya dönəcək. O, viza problemini həll etdikdən sonra Portuqaliyaya yola düşəcək. Yusuf Laval tibbi baxışdan uğurla keçəcəyi halda, rəsmi satış müqaviləsi imzalanacaq.