“Zirə”nin futbolçusu Nemanya Andelkoviç karyerasını “Neftçi”də davam etdirə bilər.

İqtisadiyyat.az-ın "Report"a istinadən verdiyi məlumata görə, 25 yaşlı serbiyalı müdafiəçi “ağ-qaralar”ın diqqət mərkəzinə düşüb.

Keçidin qış tranfer pəncərəsi zamanı baş tutacağı gözlənilir.

“Zirə” ilə 2021-ci ilin yanvarında 2.5 illik müqavilə imzalamış Andelkoviçin anlaşmasının müddəti mövsümün sonunda başa çatacaq.

O, Azərbaycana gəlməmişdən əvvəl ölkəsində “Radnik”, “Metalaç”, “Yavor”, “Pivara” və “Zlatibor” klublarında çıxış edib.