Təlim-məşq toplanışını Antalyada keçirən "Neftçi" ilk yoxlama oyununa çıxmağa hazırlaşır.

İqtisadiyyat.az xəbər verir ki, "ağ-qaralar"ın rəqibi Macarıstanın "Vaşaş" komandası olacaq. Görüş Bakı vaxtı ilə saat 18:00-da baş tutacaq.

Qeyd edək ki, Azərbaycan Premyer Liqasının ilk yarısından sonra, "Neftçi" 38 xalla 3-cü pillədə məskunlaşıb.