Dünyada neft qiymətlərində artım qeydə alınıb.

Londonun ICE Futures birjasında saat 11:42-ə olan göstəriciyə əsasən, “Brent” markalı neftin bir barelinin qiyməti 0.93 faiz artaraq, 54.89 dollara bərabər olub.

Nyu-York birjasında isə WTI markalı neftin qiyməti 0,79 faiz bahalaşaraq, bir barel üçün 51.22 dollar təşkil edib.