“2021-ci ilin yanvar ayı üzrə qeyri-neft sənayesində istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi (ümumi buraxılış) 1 milyard 28 milyon manat təşkil edib və ötən ilin müvafiq dövrünə nisbətən 12,8 faiz artıb”.

Bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov sosial media hesabında yazıb.

“Qeyri-neft emal sənayesi isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 18 faiz artıb”, - deyə nazir əlavə edib.