Bu ilin yanvar-iyul aylarında Naxçıvan MR-da 256,3 milyon manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunub.

Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,5% çoxdur. 

7 ay ərzində muxtar respublikada diri çəkidə ət istehsalı 13 673 ton, süd istehsalı isə 61 361 ton təşkil edib. Bu, illik müqayisədə müvafiq olaraq 2,4% və 1,7% çoxdur.report