Futbol üzrə 2024 il mövsümü üçün İsveç çempionatına start verilib.

İqtisadiyyat.az xəbər verir ki, yaz-payız sistemi ilə keçirilən yarış martın 31-də başlanıb. Liqanın oyunlarına noyabrın 10-da yekun vurulacaq. 

Azərbaycan milli komandasının üzvü Musa Qurbanlının çıxış etdiyi "Yurqorden" yeni mövsümdə ilk oyununu bu gün keçirəcək. 22 yaşlı futbolçunun komandası "Göteborq"un qonağı olacaq. Oyun Bakı vaxtı ilə saat 16:00-da başlanacaq.

Qeyd edək ki, 2023-cü ilin yayında "Qarabağ"dan "Yurqorden"ə transfer olunan M.Qurbanlı ötən mövsüm İsveç liqasında 14 oyunda meydana çıxıb, 2 qol vurub, 1 qolun isə ötürməsini edib.