Rusiya regionları arasında koronavirusa görə ən yüksək risk qrupu Moskvadadır.
TASS xəbər verir ki, bu barədə şəhər Meri Sergey Sobyanin açılama verib.
O bildirib ki, çox sayda insan başqa regionlara Moskvadan keçməklə getdikləri üçün bu şəhər ən çox risk altında qalan ərazi olub.
“Bununla əlaqədar paytaxtda sərt karantin rejimi tətbiq olunub”, - deyə mer əlavə edib.
O, həmçinin vurğulayıb ki, metroda qatarların hərəkət qrafikini maksimum dərəcədə artırıblar ki, sıxlıq olmasın: “Əks halda insanlar çiyin-çiyinə getməli olacaqlar ki, bu da yayılma riskini artırır”.