ABŞ-ın Minnesota ştatının Assambleyasına seçilən ən gənc müsəlman qadın Zeynep Mohamed Qurana basaraq and içib və nümayəndə kimi fəaliyyətə başlayıb.


İqtisadiyyat.az xəbər verir ki, 1997-ci ildə anadan olan, ABŞ-ın Minnesota ştatının Senatına seçilən ilk və ən gənc müsəlman qadın olan Mohamed, eyni vaxtda ilk dəfə bu ştatın Senatına seçilən üç qaradərili nümayəndədən biri kimi qeydə alınıb.

Mohamed-in şəxsi saytında onun aşağı təbəqəli bir ailədən gəldiyi və anasının pul qazanmaq üçün gündə 16 saat fabrikdə işlədiyi bildirilir.

Somalili mühacir olan Mohamed Demokrat Partiyasının üzvüdür və Senatda imkansız qrupların səsi olmağı hədəfləyir.

Əvvəllər özü Somalili mühacir olan İlhan Ömər də Minnesota ştatında Nümayəndələr Palatasının üzvü olub. 2018-ci ildə ABŞ Konqresinə seçilən Ömər 2022-ci il ara seçkilərində Konqresdəki yerini qoruyub.