Bir çox insan yaşadığı yeri dəyişərək istədiyi yerə köçüb, məskunlaşmaq arzusundadır. Lakin bu, elə də asan deyil. Başqa ölkəyə köçmək üçün insanın kifayət qədər maliyyə vəsaiti olmalıdır.

ONA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, ekspertlərin hesablamalarına əsasən, 2018-ci ildə dünyanın 108 milyonçusu yaşadığı yeri dəyişib. Bu isə əvvəlki ilə (95 min milyonçu) nisbətən 14% çoxdur.

Siyahının ilk pilləsində Çin qərarlaşıb. Ötən il 15 minə yaxın milyonçu bu ölkəni tərk edib. Lakin buna baxmayaraq, Çin yeni milyonçuların sayına görə dünya lideridir.

Reytinqin ikinci yerini isə Rusiya tutur. Bu ölkəni tərk edən milyonçuların əsas səbəbi ölkə iqtisadiyyatının və biznes mühitin hazırkı vəziyyəti, həmçinin sanksiyaların biznesə təsiri olub.

Reytinqin ilk üçlüyünü Hindistan tamamlayır. Ötən il 5 mindən çox milyonçu bu ölkəni tərk edib.

Milyonçuların qaçdığı TOP-9 ölkə:

 2018-ci ildə ölkədən gedən milyonerlərin sayı

1. Çin - 15 000 milyonçu ölkəni tərk edib;

2. Rusiya - 7 000;

3. Hindistan - 5 000;

4. Türkiyə - 4 000;

5. Böyük Britaniya - 3 000;

6. Fransa - 3 000;

7. Braziliya - 2 000;

8. Səudiyyə Ərəbistanı - 1 000;

9. İndoneziya - 1 000.