Masallıda zəlzələ baş verib.

Trend-in Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən məlumata görə, zəlzələ yerli vaxtla saat 22:35-də Lənkəran stansiyasından 29 km şimal-qərbdə Masallı ərazisində qeydə alınmışdır.

Maqnitudası 3.1 bal və 21 kilometr dərinliyi olan yeraltı təkanlar hiss olunmayıb.