Kriştianu Ronaldo ilə yolları ayıran "Mançester Yunayted" ingilis hücumçu Markus Reşfordu komandadan buraxmaq istəmir.

İqtisadiyyat.az xəbər verir ki,  "qırmızı şeytanlar" hücumçunun müqaviləsini uzatmaq niyyətindədir. Baş məşqçi Ten Haqın istəyi üzərinə klub futbolçu ilə yeni müqaviləni razılaşdırmağa çalışır.

Qeyd edək ki, Markus Reşforfu transfer etmək istəyən klublar arasında Fransanın PSJ klubu da var.