Kriştianu Ronaldonun gedişindən sonra, "Mançester Yunayted" hücumçu axtarışlarını sürətləndirib.

İqtisadiyyat.az xəbər verir ki, "qırmızı şeytanlar" icarə əsasında "Beşiktaş"da oynayan niderlandlı hücumçu Vout Veqorstu transfer etmək istəyir. Hücumçu müqavilə ilə "Börnli" klubuna məxsusdur.

Qeyd edək ki, Veqorst Dünya Çempionatında Niderland millisi ilə diqqətləri üzərinə çəkməyi bacarmışdı.