Xorvatiyanın "Dinamo Zaqreb" klubu yoxlama oyununa çıxıb.

İqtisadiyyat.az xəbər verir ki, Sloveniyanın "Selji" klubu ilə qarşılaşan "Dinamo Zaqreb"in heyətində Mahir Emreli oyuna ilk 11-likdə başlayıb. Hər hissəsi 30 dəqiqə olmaqla 4 hissədən ibarət olan matçda 1-1 hesablı bərabərlik qeydə alınıb. Mahir Emreli 2-ci hissədən sonra əvəzlənib.