Kürdəmir rayonunun istixana təsərrüfatlarında cari ilin 6 ayında istehsal olunan tərəvəz məhsulları ötən ilin müvafiq dövrü ilə müqayisədə 121,2 ton çox olub.

Rayon Statistika İdarəsindən verilən məlumatda bildirilir ki, bu ilin birinci yarısında istixana təsərrüfatlarında 1466,4 ton tərəvəz məhsulları istehsal edilib. Yığılan məhsulların 62,8 tonu xiyar, 1403,6 tonu pomidordur. İstehsal olunan məhsullar birbaşa yerli bazarlara çıxarılır.
Qeyd edək ki, rayon ərazisində hazırda 17 hektara yaxın sahədə istixana təsərrüfatları fəaliyyət göstərir. Bu cür təsərrüfatlar daha çox Atakişili, Mollakənd və Muradxan ərazi dairələrində fəaliyyət göstərir.