Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubuna transfer olan Kriştianu Ronaldoya bəzi güzəştlər olacaq.

"İqtisadiyyat.az" xəbər verir ki,  Səudiyyə Ərəbistanı ölkəsindəki qanunlara görə evli olmayan cütlüklərin bir evdə yaşamağı qadağan olsa da, Kriştianu Ronaldo ilə Corcinya Rodriges bu qanundan təsirlənməyəcəklər və bir evdə yaşaya biləcəklər.

Qeyd edək ki, Kriştianu Ronaldo və Corcinya Rodriges uzun müddətdir ki sevgilidirlər.