Premyer Liqa təmsilçisi "Kristal Pelas" "Qalatasaray"ın sağ cinah müdafiəçisi Saşa Boey ilə maraqlanır.

İqtisadiyyat.az xəbər verir ki,ingilislərin sağ cinah müdafiəçisi mövqeyinə axtarışları davam edir. İlk hədəfləri "Mançester Yunayted"in futbolçusu Van Bissaka transferində uğursuzluq olarsa, "Qalatasaray"ın müdafiəçisi Saşa Boeyə təklif göndəriləcək.

Qeyd edək ki, "Qalatasaray" futbolçusunu transfer etmək istəyən klubdan 20 milyon avro tələb edəcək.