Lənkəran Dövlət Universitetinin (LDU) Baytarlıq klinikası tikiləcək.

İqtisadiyyat.az xəbər verir ki, klinika universitetin 1 saylı tədris binasının həyətində inşa olunacaq.

Ali təhsil müəssisəsi tikinti işlərinin 2,4 milyon manata yaxın vəsaitin sərf olunacağını proqnozlaşdırıb.

Qeyd edək ki, ötən ilin dekabrında LDU-da “Baytarlıq” fakültəsi yaradılıb. 178 tələbənin təhsil aldığı fakültədə heyvan anatomiyası və zoogigiyena, baytar-sanitar ekspertizası, mamalıq, süni mayalanma istiqamətləri üzrə tədqiqatlar aparılır.