Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) keçmiş sədri, VII çağırış Milli Məclisin deputatı Səttar Möhbalıyevin həyat yoldaşı Böyükxanım Mirzə qızı Möhbalıyeva AHİK-in Beynəlxalq əlaqələr departamentindəki vəzifəsindən azad edilib.

İqtisadiyyat.az Pravda.az-a istinadla xəbər verir ki, bu barədə müvafiq əmr imzalanıb.

Bildirilib ki, B.Möhbalıyevanın istifadə etdiyi və qurumun balansında olan bahalı avtomobil də ondan alınıb.

Xatırlatma: Bu ilin avqustunda Səttar Möhbalıyev Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri vəzifəsindən istefa verib. Həmin vəzifəyə iqtisadiyyat nazirinin keçmiş müavini Sahib Məmmədov seçilib. S.Möhbalıyev istefa verdikdən sonra AHİK-in 11 avtomobili onun qohumlarından geri alınıb.