Zəngilan rayonunun Cahangirbəyli kənd yaşayış məntəqəsinin yenidənqurulması layihəsi çərçivəsində daxili kommunikasiya (yol, səki və yaşıllaşdırma) işlərinin həyata keçirilməsinə başlanılır.

İqtisadiyyat.az bu barədə Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinə istinadən xəbər verir.

Qurum işlərin həyata keçirilməsinin 26 720 208 manata başa gələcəyini proqnozlaşdırıb.