Koronavirusun yeni ehtimal olunan episentri açıqlanıb.

“South China Morning Post”un məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının nümayəndəsi Marqaret Harris açıqlama verib.

Onun sözlərinə görə, bu, ABŞ ola bilər:

“Hazırda ABŞ-da yoluxanların sayında sürətli artım müşahidə edilir. Deməli, onların, doğrudan da, belə potensialı var”.

Son məlumatlara görə, ABŞ-da 54893 yoluxma faktı qeydə alınıb. Yoluxanlardan 783-ü ölüb, 348-i sağalıb.