Dünyada 600 mindən çox insana yoluxan yeni növ koronavirus səbəbilə ölənlərin sayı artır.
 "Milliyət" qəzeti xəbər verir ki, Əfqanıstanda koronavirus səbəbilə ölən şəxsin dəfni dünya mətbuatında gündəm olub. Belə ki, bugünə qədər cəmi 110 nəfərin yoluxduğu Əfqanıstanda COVİD-19 səbəbilə dünyasını dəyişən şəxsin cəsədi  yaşayış məntəqələrindən olduqca uzaq olan dağlıq ərazidə dəfn edilib. Yeni ortaya çıxan görüntülərdə cəsəd ekskavator vasitəsilə məzara endirilib.  Təhlükəli virusdan ölən şəxsin tabutunun belə izolyasiya edilməsi isə diqqətdən qaçmayıb. Məzar bağlandıqdan sonra isə dünyasını dəyişən adamın yaxınları həmin yerə yaxınlaşaraq ağlamağa başlayır. Qeyd edək ki, Əfqanıstan İranla sərhəddə yerləşir. Paytaxtı Kabil şəhəri hazırda karantinə alınıb. Apteklər və supermarketlər xaricində hər yerin fəaliyyəti dayandırılıb. Yeniavaz