Təlim-məşq toplanışı üçün Antalyada olan "Kəpəz" yeni transferini açıqlayıb.

İqtisadiyyat.az xəbər verir ki, Gəmcə təmsilçisi heyətinə yeni futbolçu cəlb edib. Fransalı hücumçu Salif Sisse "Kəpəz"in şərəfini qoruyacaq. 30 yaşlı oyunçu ilə mövsümün sonuna kimi müqavilə bağlanacaq. Onun sonuncu klubu Litvanın "Hegelman" komandası olub.