Kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 7 milyard 836,7 milyon manat təşkil edib.

Fins.az xəbər verir ki, bunun 4 milyard 85,5 milyon manatı heyvandarlıq, 3 milyard 751,2 milyon manatı isə bitkiçilik məhsullarının payına düşüb. 2018-ci ilin yanvardekabr ayları ilə müqayisədə isə kənd təsərrüfatının istehsalı 7,2 faiz, o cümlədən heyvandarlıq məhsulları üzrə 3,5 faiz, bitkiçilik məhsulları üzrə isə 11,7 faiz artıb.